AZ

"Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək" - Pərvin Abıyeva

Aktrisa Pərvin Abıyeva Türkiyə şou-biznesinə qoşulmaq istəmədiyini bildirib. Lent.az xəbər verir ki, "Pərvizə görə" adlı verilişdə sualları cavablandıran aktrisa azadlığını itirməmək üçün Türkiyədə müqavilə bağlamadığını deyib.

 

"Orada təhsil alanda bir neçə menecerdən təklif gəldi. Sadəcə, təklifdə olan bəzi maddələr məni qorxudub. Hansı ki, onların qanunlarıdır. Beş illik müqavilədir, o müddət ərzində onlar nə istəsə, onu etməlisən.

 

Azadlığıma önəm verən insanam. Tez-tez ölkəmə gedib-gəlmək istəyirəm, buna icazə vermirlər. Onların istədiyi kimi həyatını qurmalısan.

 

Türkiyə şou-biznesindəki populyarların həyatının çoxu yalandır. Məsələn, iki məşhur sima guya sevgilidir, lakin əslində belə deyil. Biri digərini məşhur etmək üçün pul alır. Mənə o vaxt demişdilər ki, gəl, səni filankəslə sevgili edək, elə bilsinlər ki, sevgilisiniz.

 

Rafet El Roman deyil, başqası idi. Əslində Rafet özü istəyirdi ki, adı mənimlə hallansın. Mən də söhbətdən elə çıxdım ki, alındıra bilmədi".

Tarix: 19 Noyabr 2024, 18:52   
Seçilən
26
5
pravda.az

10Mənbələr