AZ

"Chrome" böhranı davam edir: "Google" məhkəmə qarşısında

ABŞ Ədliyyə Nazirliyinin antitrest idarəsinin rəsmiləri "Google" şirkətini "Chrome" brauzerini satmağa məcbur etmək üçün məhkəməyə müraciət edəcək.  

Valyuta.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir ki, nazirliyin avqust ayında "Google" şirkətinin axtarış bazarında qeyri-qanuni olaraq monopolist olduğuna qərar verən hakimin, süni intellekt və "Android" əməliyyat sistemi ilə bağlı tədbirlər görməsini tələb edəcəyini bildirib.  

ABŞ-da federal hakim Amit Mehta (Amit Mehta) avqust ayında "Google" şirkətinin internet axtarışı və reklam xidmətləri üzrə "qanunsuz inhisar" yaratdığına qərar verib. Bu, internet texnologiyaları sahəsində mühüm bir qərar kimi dəyərləndirilir.  

Hakim Mehta qərarında qeyd edib:  
"Məhkəmə şahidlər və dəlillər üzərində ətraflı araşdırma apararaq belə nəticəyə gəlib: 'Google' bir inhisarçıdır və bu inhisarını qorumaq üçün addımlar atmışdır. Bu, Şerman Qanununun 2-ci maddəsini pozur."  

"Google"a antitrest iddiası  

24 yanvar 2023-cü ildə ABŞ Ədliyyə Nazirliyi açıqlama verərək, Kaliforniya, Kolorado, Konnektikut, Nyu-Cersi, Nyu-York, Rod-Aylend, Tennessi və Virciniya ştatlarının baş prokurorları ilə birlikdə "Google"a qarşı Virciniya Şərq Dairə Məhkəməsində antitrest iddiası qaldırıldığını bildirib.  

Açıqlamada qeyd olunub ki, şirkət bir çox rəqəmsal reklam texnologiyası məhsulunu inhisara alıb və sektorun üstünlüyünü təmin etmək üçün rəqabətə zidd, istisnaedici və qanunsuz üsullardan istifadə edib.  

Son 15 ildə "Google"ın satınalmalar vasitəsilə reklam texnologiyası sahəsindəki rəqiblərini təsirsiz hala gətirdiyi və ya bazardan çıxardığı bildirilib. Şirkətin daha çox yayımlayıcı və reklamçını öz məhsullarından istifadə etməyə məcbur etmək üçün rəqəmsal reklam bazarındakı üstünlüyündən istifadə etdiyi və rəqib məhsullardan istifadənin qarşısını aldığı qeyd olunub.  

Bu addımlarla "Google"un sektordakı üstünlüyünü möhkəmləndirdiyi vurğulanıb və şirkətin rəqabətə zidd davranışının mahiyyəti açıqlanıb.  

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi 2020-ci ildə də "Google"a axtarış və reklam bazarında inhisar yaratdığı üçün antitrest iddiası qaldırmışdı.  

Rəhim

Seçilən
17
32
valyuta.az

10Mənbələr