“Bankın mənfəət göstəricisinin olmaması bank üçün pis göstəricidir. Bankın verdiyi kreditlər geri qayıtmır və nəticədə bankın gəliri azalır”.
Bu sözləri Hit.az-a bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib.
O bildirib ki, banklar əsasən problemli kreditlərin çox olduğu zamanlarda zərərlə işləyirlər:
“Açıqlanan son məlumatda bir çox bankın mənfəət vergisi ödəmədiyi qeyd edilib. Bu o deməkdir ki, həmin bankların cari il ərazində gəliri olmayıb. Gəlir olmadığı üçün banklar adıçəkilən vergini ödəməyib. Bu hal isə həmin banklar üçün heç də yaxşı hal deyil”.
Sevinc