AZ

Putinin imzaladığı sənəd dünya bazarlarına bomba kimi düşdü

Rusiyanın nüvə doktrinasının yenilənməsi ilə bağlı xəbərlər dünya bazarlarında təlatüm yaradıb.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, əsas indekslər xəbərlərə enişlə reaksiya verib, dünya istiqraz bazarı isə Ukraynada münaqişənin genişlənməsi qorxusu fonunda yüksəlib.

Belə ki, bu gün günortadan sonra S&P 500 fyuçersləri 0,5 faiz ucuzlaşıb. ABŞ-ın 10 illik xəzinə kağızlarının gəlirliliyi 7 baza bəndi azalaraq 4,34 faizə düşüb. Avropa bazarları Rusiyanın nüvə doktrinasını yeniləməsi ilə bağlı xəbərlərə daha sərt reaksiya verib. Alman istiqrazlarının gəlirliliyi oktyabr ayından bəri ən aşağı səviyyələrə düşüb və Stoxx 600 1 faiz dəyər itirib. Polşanın əsas fond indeksi 3 faizdən çox düşüb. Ukraynanın suveren istiqrazlarının qiyməti inkişaf etməkdə olan bazarlar arasında ən çox ucuzlaşıb.

Avro 0,5 faiz ucuzlaşıb. Bu arada treyderlər təhlükəsiz sığınacaq adlandırılan aktivləri almağa tələsiblər: qızıl, İsveçrə frankı və bahalaşan yen.
Bloomberg qeyd edir ki, qəfil eniş bir daha bazarların münaqişənin istənilən dönüşü pespektivinə nə qədər həssas olduğunu ortaya qoyub.

Musavat.com

Seçilən
30
musavat.com

1Mənbələr