Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib. O bildirib ki, bu vəzifə dəyişiklikləri Paşinyanın yeni imic yaratmaq fikrinə qulluq edir:
“Yeni istefalar da gözlənilir. Daxili İşlər Nazirliyində, Korrupsiya Komitəsində korrupsiya əməllərinin olması haqqında mətbuatda yazılar gedir. Paşinyan istefalarla öz imicini qorumaq və qarşıdan gələn parlament seçkilərində qalib gəlmək üçün bu üsullardan istifadə edir. Yaxın ətrafına da bildirir ki, parlament seçkilərinə hazırlaşsınlar. İndiki hakimiyyət iqtidarda qalmağa çox iddialıdır”.
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2023/10/5/1/3215822a-aec7-4744-92b2-df7540eaa139/elsadg.jpg)
Qeyd edək ki, Ermənistanda bəzi məmurlar istefa verib. Baş nazir Nikol Paşinyan məsələyə münasibət bildirərək deyib ki, onun bəzi məmurlardan istefa vermələrini istəməsi şəxsi səbəblərdən deyil, sistemlidir.
Törə Zeynallı
Demokrat.az