Bakı. Trend:
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və KanadanınKalqari şəhərində fəaliyyət göstərən Alberta Azərbaycan MədəniyyətiCəmiyyətinin üzvü Pərvin Abdullayevanın təşkilatçılığı iləAzərbaycan filmi "Banu" Kalqari Avropa Film Festivalında nümayişolunub.
Trend xəbər verir ki, bu barədə Diasporla İşüzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, festivalda “Banu” filminin nümayişi Zəfər vəDövlət Bayrağı günlərinə təsadüf edib.
Rejissoru Təhminə Rafaellanın olduğu, Əməkdar artist MələkAbbaszadə, Zaur Şəfiyev, Kəbirə Həşimli, Cəfər Həsən vədigərlərinin rol aldığı bu ekran əsərində hadisələr 44 günlük Vətənmüharibəsi fonunda baş verir.
Pərvin Abdullayeva filmin nümayişində çıxış edərək festivalıntəşkilatçılarına, Kalqari Konsulluq Korpusuna və göstərilən dəstəyəgörə Diasporla İş üzrə Dövlət Komitəsinə dərin təşəkkürünübildirib.
Qeyd edək ki, artıq 13 ildir keçirilən bu festivalda müxtəlifölkələrə məxsus tarixi və mədəni filmlər göstərilir.