AZ

Bakıda tanış olduğu ərəb sevgilisindən yarım milyon mənimsəyib

Bakıda tanış olduğu ərəb sevgilisinə qarşı dələduzluq edən Nigar Qurbanovanın  (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 36 yaşlı qadın 6 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Qadının dəmir barmaqlıqlar arxasına düşməsinə isə 497.482 manatlıq dələduzluq olub.

Belə ki, o, Küveyt vətəndaşı olan Abdullahla Bakıda “Snapchat”  vasitəsilə tanış olub və onların münasibəti başlayıb. Cütlüyün münasibəti dövründə Abdullah Nigarın hətta Dubaya səfərini də təşkil edib, onunla birgə vaxt keçirib.

Münasibətin irəliləyən aylarında Nigar ərəb sevgilisinin etimadını qazanıb və ona ev almasını istəyib. Bu vaxt qadın Abdullaha yalandan xarici vətəndaşların Azərbaycanda mülk sahibi olmasına icazə verilmədiyini bildirib. Beləcə, o, Küveyt vətəndaşından ümumililikdə 497.482 manat pul alıb.

Abdulla Nigarın ona yalan danışdığını bildikdə isə, artıq gec olub. Maraqlıdır ki, Nigar ifşa olunacağından qorxaraq, özü Dubayda olarkən Abdullah tərəfindən zorakılığa qaldığına dair hüquq-mühafizə orqanlarına müraciət edib. Bu zaman bəlli olub ki,  sevgilisi ondan qabaq düşüb.

Amma Nigar Qurbanova evin əlindən çıxmaması üçün 328 min manata aldığı mənzili tez-bazar 54 min manat ucuza sataraq vəsaiti şəxsiləşdirib.

Nigar Qurbanova məhkəmədə ifadəsində bildirib ki, Abdullahdan aldığı pullar ona vurulmuş fiziki və mənəvi zərərin əvəzidir, həmin məbləği geri qaytarmaq fikri yoxdur.

Bu səbəbdən də Abdullah keçmiş sevgilişinə ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib. Nigar cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hər iki şəxs rəsmi şəkildə evli olub.

Emin Səfərov

Seçilən
4063
qafqazinfo.az

1Mənbələr