AZ

"Liverpul" futbolçusunu İtaliyaya göndərəcək

"Liverpul"un futbolçusu Federiko Kyeza qışda ölkəsinə qayıdacaq.

Sportal.az xəbər verir ki, Premyer Liqa klubu ümidləri doğrultmayan italyan vingeri icarəyə verəcək. Bu barədə "Tuttospor" nəşri məlumat yayıb.

A Seriyası klubları 27 yaşlı ön xətt oyunçusunu 6 aylıq icarəyə götürmək üçün mübarizə aparır. "İnter"in transfer yarışında daha şanslı olduğu bildirilir. "Roma" və "Milan" da təcrübəli futbolçu üçün onun klubu ilə danışıqlar aparır.

Qeyd edək ki, "Liverpul" Federiko Kyezanı mövsümün əvvəlində "Yuventus"dan transfer edib. İtaliya millisinin üzvü Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 3 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

saytlarin hazirlanmasi

Seçilən
18
sportal.az

1Mənbələr