AZ

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının Baş katibi ilə görüş keçirilib

Noyabrın 19-da Dövlət Gömrük Komitəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının Baş katibi Umberto de Pretto ilə görüş keçirilib.

Görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə reallaşdırılması, daşımalar zamanı nəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması ilə bağlı kompleks yanaşma və həllərin ortaya qoyulmasına dair fikir mübadiləsi aparılıb.

Həmçinin Orta Dəhliz boyunca artan yük axınlarının səmərəli şəkildə idarə edilməsi, BYD kitabçalarının tətbiqi ilə daşınan yüklərin həcminin artırılması, məlumat mübadiləsinin genişləndirilməsi, əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub.

Seçilən
12
xalqqazeti.az

1Mənbələr