AZ

Dron şirkəti "BlueHalo"nu 4,1 milyard dollara satın aldı

ABŞ-nin dron istehsalçısı "AeroVironment"* özəl kosmik və müdafiə mühəndisliyi şirkəti olan "BlueHalo"nun** bütün səhmlərini 4,1 milyard dollara satın alacaq. 

Bu barədə Valyuta.Az "Reuters"ə istinadən xəbər verir.

"AeroVironment"-in səhmləri bazar açılmadan öncəki ticarətdə 3,2% dəyər itirib.  

Razılaşmaya əsasən, "AeroVironment" təxminən 18,5 milyon ədəd adi səhmini "BlueHalo"-ya təqdim edəcək. Müqavilənin 2025-ci ilin birinci yarısında tamamlanacağı bildirilir.  

İZAHAT:

*"AeroVironment": ABŞ mərkəzli dron istehsalçısıdır. Şirkət xüsusilə hərbi, kəşfiyyat və nəzarət məqsədli pilotsuz uçuş aparatlarının istehsalı ilə tanınır.  

**"BlueHalo": Müdafiə və kosmik texnologiyalar sahəsində fəaliyyət göstərən özəl şirkətdir. O, müdafiə sistemləri, süni intellekt və peyk texnologiyaları üzrə ixtisaslaşıb.  

Aydın

 

Seçilən
17
valyuta.az

1Mənbələr