AZ

Keyfiyyətsiz məhsulu reklam edən şəxs cərimələnə bilər?

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.

Media və sosial platformalarda yayılan keyfiyyətsiz məhsul reklamına görə şəxs məsuliyyət daşıyır?

Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, 10000 manatadək cərimələr var:

“Reklam Haqqında qanunun 4.2-ci maddəsinə əsasən, reklam istehlakçıların seçimini stimullaşdırmalı, onları aldatmamalı, habelə onlarda çaşqınlıq hissi yaratmamalıdır. Əks təqdirdə, İnzibati Xətalar Məcəlləsinin 381.6-cı maddəsinə əsasən, audiovizual, online və çap media subyektlərinin mövcud qanunvericiliyinin pozulması halı qeydə alınır. Buna görə də vəzifəli şəxslər 2500 manatdan 3500 manata qədər, hüquqi şəxslər 8000 manatdan 10000 manata qədər məbləğdə cərimə müəyyən edilib”.

Murad

Seçilən
9
hit.az

1Mənbələr