AZ

İsveç Futbol Federasiyası tədbir gördü – hava yığmamıza mane olmayacaq

Bu gün yığmamız Millətlər Liqasının 6-cı turu çərçivəsində İsveçin qonağı olacaq.

Bilindiyi kimi, bu ölkənin hava şəraiti Azərbaycandakından xeyli fərqlənir. Kəskin soyuq, şaxta, yağış, qar...
Bəs bu gün - oyunun keçiriləcəyi saatlarda durum necə olacaq?

“Accuweather” portalının məlumatına görə, Solna şəhərində bu gün axşam saatlarında da soyuq hava şəraiti hökm sürəcək. Dəqiq desək, qara buludlar matçın keçiriləcəyi “Strouberri Arena”nın başı üzərində dolaşacaq. Çox güman, yağış yağacaq. Həmçinin -2 dərəcə şaxta olacaqsa, sürəti 22 km/saata çatan külək əsəcək. Amma millimizə görə narahat olmağa dəyməz. Ona görə ki, İsveç Futbol Federasiyası bununla bağlı tədbir görüb.

“Football-plus.az” qurumun rəsmi saytına istinadən xəbər verir ki, hava şəraitinin təsirini azaltmaq üçün arenanın dam örtüyü qapadılacaq.

Qeyd edək ki, matç saat 23.45-də başlayacaq.

KƏNAN BAHADIR

Seçilən
52
football-plus.az

1Mənbələr