AZ

Çad prezidenti: "COP29 maliyyə arxitekturasının yenidən qurulması üçün həlledici məqamdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



COP29 iqlim sammitində Çad Prezidenti Məhəmməd İdris Debi İtnonun adından məktub oxunub. Təbii fəlakətlər səbəbindən sammitdə iştirak edə bilməyən dövlət başçısı təşkilatçılara və iştirakçılara dəstəyə görə təşəkkürünü bildirib.
"Report" xəbər verir ki, prezidentin məktubunu COP29 çərçivəsində keçirilən yüksəksəviyyəli iclasda bu ölkənin hökumət nümayəndəsi oxuyub.
"2024-cü il kollektiv yaddaşımızda misli görünməmiş fəlakətlər ili kimi qalacaq. Daşqınlar nəticəsində 125 departamentimizdən 119-u məhv olub, fəlakət 1,9 milyondan çox vətəndaşa təsir edib, 217 mindən çox ev dağılıb, 432 hektar kənd təsərrüfatı təyinatlı torpaq məhv olub, 72 min mal-qara tələf olub, 576 nəfər isə ölüb", - məktubda bildirilib.
Çad, həmçinin 2017-ci ildən bəri iddialı fəaliyyət planı hazırlayaraq və 2021-ci ildə onu yeniləyərək iqlim dəyişikliyi ilə mübarizəyə töhfəsi üzərində fəal işləyir. "Biz əminik ki, iqlim maliyyələşdirilməsinə yönəlmiş COP29 sammiti beynəlxalq maliyyə arxitekturasının yenidən qurulması üçün həlledici məqamdır", - o qeyd edib.
"İcazə verin, Azərbaycan Respublikasının hökumətinə və xalqına Bakıda şahidi olduğumuz qonaqpərvərliyə görə təşəkkür edim. Biz, həmçinin COP29-un təşkili zamanı Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və firavan gələcəyin təmin edilməsi ilə bağlı həlledici öhdəliyi yerinə yetirməyə davam etməsini alqışlayırıq", - Çad nümayəndəsi Azərbaycan Prezidentinin səylərinin əhəmiyyətini vurğulayıb.
Seçilən
42
50
oxu.az

10Mənbələr