AZ

Aİ Gürcüstan üçün ayrılan 121 milyon avronu geri çəkdi


Avropa İttifaqı Gürcüstan hökuməti üçün ayrılan 120 milyon avrodan çox vəsaiti başqa məqsədlərə yönəltməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bunu Brüsseldə Aİ Xarici Əlaqələr Şurasının iclasında keçirilən mətbuat konfransında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.
Borrell qeyd edib ki, oktyabrda Gürcüstanda keçirilən parlament seçkilərinin ölkənin hazırkı hökumət dövründə demokratiyadan geri çəkildiyini təsdiqləməsinə reaksiya verən Aİ Avropa Sülh Fondu vasitəsilə Gürcüstan silahlı qüvvələrinə dəstəyi geri götürüb, həmçinin Gürcüstan hökumətinə birbaşa olaraq 121 milyon avro ayrılmasını ləğv edib. Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, bu vəsait vətəndaş cəmiyyətinə və bilavasitə gürcü xalqına fayda verən proqramlara yönəldiləcək.
Seçilən
61
yeniavaz.com

1Mənbələr