Bakı. Trend:
Almaniya iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalanölkələrə yardım etmək üçün beynəlxalq iqlim fonduna əlavə 60 milyonavro vəsait ayıracaq.
Trend xarici KİV-ə istinadənxəbər verir ki, bu barədə Azərbaycanda keçirilən COP29-daAlmaniyanın Ətraf Mühit və Xarici İşlər nazirlikləri birgə məlumatyayıb.
Məlumatda qeyd olunub ki, ayrılacaq vəsait hər iki nazirliktərəfindən maliyyələşdiriləcək.
Həmçinin, bildirilib ki, Almaniya itki və zərərlərlə mübarizədəən böyük donordur. Bu ölkə 2010-cu ildən etibarən İtki və ZərərlərəCavab Fondunun layihələrinə, o cümlədən inkişaf etməkdə olanölkələrin ən həssas icmalarında 45 milyondan çox istifadəçiyəxidmət göstərən 180-dən artıq xüsusi layihəyə ümumilikdə 1,2milyard ABŞ dolları ayırıb.
Məqalədə, həmçinin vurğulanıb ki, Bakıda keçirilən COP29-daiqlim dəyişmələrinin təsirlərinə qarşı mübarizə üçün daha böyükvəsaitin ayrılması məsələsi müzakirə olunur. “BMT ekspertlərininfikrincə, qlobal istiləşməyə uyğunlaşmaq və onun nəticələriniaradan qaldırmaq üçün inkişaf etməkdə olan ölkələrə hər il təxminən1,3 trilyon dollar lazımdır”, - deyə məqalədə qeyd edilib.
Qeyd edək ki, məqalədə Almaniyanın xarici işlər naziri AnnalenaBerbokun (Yaşıllar partiyası) Bakıdakı iqlim konfransında aparılanmüzakirələr barədə fikirləri də təqdim olunub. O, Bakıda gərginiqlim müzakirələrinin aparıldığını vurğulayaraq bildirib: “Texnikiməsələlərlə bağlı müzakirələrdə müəyyən irəliləyiş var, lakinqarşıdakı bir neçə gündə hələ çox iş görülməlidir”.
Almaniyanın və Avropanın qlobal iqlim dəyişmələrinə qarşımübarizənin maliyyələşdirilməsində etibarlı tərəfdaşlar kimiöhdəliyinin hələ də qüvvədə olduğunu vurğulayan nazir qeyd edib:“Yeni əsas emissiya istehsalçıları həm istixana qazlarınınazaldılmasında, həm də iqlimin maliyyələşdirilməsindəməsuliyyətlərini öz üzərilərinə götürməlidir”.