AZ

Rəsmilərin Şamaxıya səfəri davam edir - Fotolar

Bu gün Sakit okeanda yerləşən Niue ada dövlətinin Baş naziri Dalton Taqelaqi və digər rəsmilər Şamaxıya səfər edib.

“Qafqazinfo” xəbər veirr ki, səfər zamanı qonaqlar Şamaxı Cümə Məscidi, N. Tusi adına Şamaxı Astrofizika Rəsadxanası və rayonun Meysəri kəndindəki müasir kənd təsərrüfatı və turizm müəssisələrinə baş çəkiblər.

Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov qonaqlara rayonun tarixi, mədəni həyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı ilə bağlı həyata keçirilən layihələrdən danışıb.

Qeyd edək ki, bu günədək COP29 çərçivəsində Şamaxıya Almaniya, Bangladeş, Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq, Bolqarıstan, Braziliya, Cənubi Afrika, Çin, Fransa, Hindistan, İndonesiya, İordaniya, İtaliya, Kanada, Qazaxıstan, Qırğızıstan, Nigeriya, Pakistan, Polşa, Rusiya, Tacikistan, Türkiyə, Vyetnam, Yaponiya və digər ölkələrdən çox sayda xarici qonaqlar gəlib.









Seçilən
23
1
qafqazinfo.az

2Mənbələr