Naxçıvan Muxtar Respublikasında (MR) bərk məişət tullantılarından enerji alınması üçün emal müəsissəsi tikiləcək.
Valyuta.az xəbər verir ki, artıq Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəssisənin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tenderə yekun vurub.
Tenderin qalibi "Hinal Proje" şirkəti seçilib.
Layihə-smeta sənədlərinin hazırlanması 228 920 manata başa gələcək.
Hüseyn