AZ

COP29 çərçivəsində Auditorlar Palatasında görüş keçirilib

Auditorlar Palatası və İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) arasında işgüzar görüş keçirilib. SİA-nın əldə etdiyi məlumata görə, Auditorlar Palatasından bildirilib ki, görüşdə palatanın sədri Vahid Novruzov, İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) Avropa, Avrasiya, Orta Şərq və Amerikada İctimai İşlər üzrə regional rəhbəri Vikas Aqarval, Azərbaycan və Gürcüstanda bazarın inkişafı üzrə meneceri Senem Ross-Forrester, ictimai əlaqələr üzrə meneceri Gaukhar Aşirbekova, Palatanın icraçı direktoru Səbuhi Gülməmmədov, sədrin müşaviri Fəqan Qarayev, sədrin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Kadr hazırlığı idarəsinin rəisi Elmira Behbudova, Beynəlxalq Audit Standartları üzrə komitənin sədr müavini, "SR Audit Solutions" MMC-nin direktoru Səftər Vəlizadə iştirak ediblər.

Müzakirə zamanı Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) və yaşıl iqtisadiyyata dair ACCA və Auditorlar Palatası tərəfindən auditor fəaliyyəti sahəsində görüləcək işlər, bu sahədə palatanın üzvləri üçün ACCA ilə birgə təlimlərin keçirilməsi, habelə ölkə auditorlarının ACCA-nın davamlı peşəkar inkişafa dair təlim resurslarına əlçatanlığının təmin edilməsi, yeni şəraitdə şəffaflığın və hesabatlılığın, həmçinin resurslardan səmərəli və məqsədyönlü istifadənin təmin olunmasında DİM-ə dair qəbul edilmiş yeni standartların əhəmiyyətindən bəhs edilib və geniş fikir mübadiləsi aparılıb.

Sonda iki qurum arasında işlərin operativ həlli üçün işçi qrupunun yaradılmasına dair qərar qəbul olunub.

Seçilən
22
1
sesqazeti.az

2Mənbələr