"Komandanın üzərində təzyiq çoxdur bunu bilirəm. İstər-istəməz milli xal itirdikcə, qələbə qazana bilmədikcə, bu hal baş verir".
Bu sözləri apasport.az saytına açıqlamasında Elvin Yunuszadə deyib.
"Qəbələ"nin futbolçusu yığmanın İsveçlə matçı barədə fikirlərini bildirib: "Millinin Estoniya yığması ilə Qəbələdə keçirdiyi görüşü yerindən izlədim. Həqiqətən də futbolçularımız çox yaxşı oyun ortaya qoydular. Görüş ərzində bir çox qol epizodu yaratdılar. Amma bəxt amili futbolda öz sözünü deyir. Gərək şansın da olsun. O qədər qol epizodu ola-ola qalib gələ bilmədik. Düşünürəm ki, yığmamız İsveçlə oyunda qalib gəlib, bütün mənfi hallara son qoyacaq. Həqiqətən komandamız bugünkü matçda qalib gəlməyə qadirdir. Futbolçularımızın hər bir mövqedə inamlı oyun sərgiləyəcəklərinə inanıram".
Qeyd edək ki, İsveç - Azərbaycan matçı saat 23:45-də start götürəcək.
İsmayıl Xeyrullayev
Fernandu Santuş: "Çıxışımızda müsbətə doğru böyük dəyişiklik var"
Mahir Emreli: "Hər bir hücumçunun istəyi qol vurmaqdır"
Millətlər Liqası: İngiltərə, İsrail və Fransadan qələbə - YENİLƏNİB
İsveç millisində növbəti itki
Fernandu Santuş: "Mən sizə ümid vermirəm"