AZ

Yetirməsi olduğu klubun yeni təklifini qəbul etmədi, “Neftçi” ilə anlaşdı

«Neftçi»dən təklif alan Səbuhi Abdullazadə «Sumqayıt»lılara məyusluq yaşadıb.

Yarımmüdafiəçi yetirməsi olduğu kluba arxa çevirib.

2001-ci il təvəllüdlü gənc «kimyaçılar»ın müqaviləni uzatmaqla bağlı çağırışına adekvat yanaşmayıb. Kontraktı 2025-ci ilin yayında başa çatacaq Abdullazadənin bir ayağı demək olar «Neftçi»dədir.

Samir Abasov ona ağ-qara forma geyindirəcəyinə söz verib.

Tərəflər 3 illik anlaşma şərtlərində də ortaq məxrəcə gəlib. Səbuhi paytaxt təmsilçisində indi qazandığından azı 2 dəfə çox əməkhaqqı alacaq.

SPORTİNFO.AZ

Seçilən
22
sportinfo.az

1Mənbələr