"Neftçi"nin futbolçusu Kilan Lebon Saint Martin millisinin heyətində növbəti oyununa çıxıb.
QOL.az xəbər verir ki, 27 yaşlı vinger KONKAKAF Millətlər Liqası çərçivəsində Qrenada komandasına qarşı matçın iştirakçısı olub.
Saint Martinin 3:0 hesablı qələbəsi ilə bitən oyunda Lebon dubl edib. O, oyuna start heyətdə çıxıb və 90+5-ci dəqiqədə İmri Şevalyer ilə əvəzlənib. Futbolçu həmçinin oyunun ən yaxşısı seçilib.
Qeyd edək ki, Saint Martin 6 oyundan sonra öz qrupunda 6 xalla sonuncu yerdədir. Qrupa Kurasao millisi 13 xalla liderlik edir. İkinci yerdə 9 xalla Saint Lusiya, 3-cü yerdə isə 7 xalı olan Qrenada qərarlaşıb.
Qrenada - Saint Martin - 0:3
Qollar: Rahim Denis, 39, Kilan Lebon, 87, 90+3