AZ

Türk dünyasının qadınları iqtisadi sıçrayış üçün birləşir

Qazaxıstanın paytaxtı Astanada Türkdilli Ölkələrin Ticarət və Sənaye Palataları (TCCİ) İttifaqı yanında Sahibkar Qadınlar Şurasının 3-cü Baş Assambleyası və Qadın Sahibkarların Biznes Forumu keçirilib.

Busaat.az Bu barədə “Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir.

Türk Dövlətləri Təşkilatı (TDT) və Türk İnvestisiya Fondunun dəstəyi ilə təşkil olunan tədbirdə Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistandan 200-dən çox iş qadını, hökumət nümayəndələri və ekspertlər iştirak edib.

Forum zamanı iştirakçılar energetika və istehsalat kimi strateji sektorlarda qadınların rolunu, dayanıqlı inkişaf və liderlik məsələlərini müzakirə ediblər. Həmçinin qeyd olunub ki, 2024-cü ildə Şuraya sədrlik edən Qazaxıstan qadın sahibkarlığının inkişafında liderlik nümayiş etdirib: ölkənin kiçik və orta sahibkarlıq subyektlərinin 49 %-nə qadınlar rəhbərlik edir.

Görüşün əsas nəticəsi birgə layihələrin həyata keçirilməsi, maliyyəyə çıxışın yaxşılaşdırılması və elektron ticarətin inkişafı üçün səyləri birləşdirəcək “Turkic Business Huib” adlı beynəlxalq platformanın yaradılmasına yönəlmiş Əməkdaşlıq Memorandumunun imzalanması olub.

Təşəbbüsün ölkələr arasında ticarət dövriyyəsinin artmasına və yaxın illərdə 100-dən çox birgə layihənin başlanmasına səbəb olacağı gözlənilir. Şura həmçinin startaplar üçün akselerasiya proqramlarına və qadın sahibkarlar üçün təhsil kurslarına başlamaq planlarını açıqlayıb.

Seçilən
10
7
busaat.az

8Mənbələr