Türkiyə prezidenti Ərdoğan təsdiqləyib ki, İsrail prezidenti İsaak Hersoqun Bakıya gəlişinə Ankara mane olub.
"Unikal" xəbər verir ki, Türkiyə lideri Ankaranın İsrail prezidentinin təyyarəsi üçün hava məkanınını bağlamasını belə şərh edib:
“Bizim hava məkanımızdan istifadə etməsinə icazə vermədik. Daha fərqli xətlər, imkanlar var. Oralardan getməsini dedik. Amma gedib ya gedə bilmədiyini də bilmirəm. Biz artıq, Türkiyə olaraq, bəzi şeylərdə öz münasibətimizi ortaya qoymağa məcburuq və bunu edəcəyik”.