Dünən Millətlər Liqasının D Liqasında San Marino səfərdə Lixtenşteyn ilə qarşılaşdı.
Vaduts şəhərində keçirilən oyunda meydan sahibləri fasiləyə minimal hesabla üstünlüklə yollandılar. Amma San Marino fasilədən sonra vəziyyəti lehinə dəyişərək 3 qol vurdu və sürpriz şəkildə 3:1 hesabı ilə qalib gəldi. Roberto Sevolinin çalışdırdığı komanda bu qələbə ilə öz qrupunu lider tamamladı və C Liqasına vəsiqə qazandı. San Marino üçün bu oyunda bir çox ilklər yaşandı.
Komanda tarixində ilk dəfə bir rəsmi oyunda 3 qol vurdu, ilk dəfə səfərdəki rəsmi oyunda qələbə qazandı və ilk dəfə bir təqvim ili ərzində iki oyunda qalib gəlmiş oldu. San Marino sentyabrda da Lixtenşteyni evdə 1:0 məğlub etmişdi.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta