AZ

Danimarka Ukraynaya daha 6 ədəd qırıcı GÖNDƏRDİ

Danimarka altı ədəd F-16 qırıcısını Ukraynaya təhvil verib.

Bizim.Media xəbər verir ki, bunu ölkənin baş naziri Mette Frederiksen bildirib.

Nazir əlavə edib ki, bu, ilk partiyadır, daha iki partiya da Kiyevə göndəriləcək:

“Ümumilikdə Kiyev 19 təyyarə almalıdır”.

O, Ukraynaya səfərlə gəlib və ölkəsinin Ukraynanın müdafiə sənayesi üçün 1 milyard Danimarka kronu ayıracağını bəyan edib.

Bizim.Media

Seçilən
52
bizim.media

1Mənbələr