Ateshgah Sigorta
Resepşionist (Zərərlərin tənzimlənməsi ofisi)
Son tarix 19 dek 2024 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Şirkətə gələn müştəriləri qarşılamaq, öz səlahiyyətləri çərçivəsində onların suallarını cavablandırmaq, aidiyyəti olan şəxslərə yönəltmək
- Çıxan sənədlərin göndərilməsini təşkil etmək
- Şirkətə daxil olan sənədləri qəbul etmək, qeydiyyatını aparmaq, rəhbərliyə dərkənar üçün təqdim etmək, aidiyyəti şəxslərə paylaşdırmaq
- Xaric olan məktubları müvafiq qaydada işləyib, qeydiyyata almaq, göndərilməsini təşkil etmək
- Sənədlərin göndərilməsini təşkil etmək
- Tədbirlərin və görüşlərin planlaşdırılması və təşkili
- İşgüzar yazışmaların aparılması
- Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş rejimi: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Əmək haqqı: müsahibə əsnasında bildiriləcək
Tələblər:
- Yaş: 21-35
- Cinsi:Qadın
- Təhsil: Ali
- 1 ilədək müvafiq sahədə iş təcrübəsi
- Dil bilikləri: Rus (əla), Azərbaycan (əla), əlavə olaraq Ingilis dili (arzuolunadır)
- Biznes yazışma bacarıqları, biznes etikası bilikləri
- Microsoft Office proqramlarında yaxşı səviyyədə işləmə bacarığı
- Böyük həcmli məlumatlarla işləmək
- İnzibatçılığı bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq, analitik düşüncə kimi müsbət göstəricilərə sahib olmaq