AZ

Lavrov Makronun əlini niyə sıxdığını açıqladı - Video

Fransa Prezidenti Emmanuel Makron Rio-de-Janeyroda keçirilən G20 sammitində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşərək əlini sıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə görüntüləri TASS yayıb.

Daha sonra Lavrov Makronla əl sıxışması barədə açıqlama verib.

“İnsanlar bir-birini tanıyırsa, onların təmsil etdiyi ölkələr arasında dərin ziddiyyətlər varsa, amma hardasa ictimai yerdə rastaşırlarsa, onların bir-birlərinə salam verməsi tamamilə normaldır. Düşünürəm ki, bir çox Avropa liderləri Rusiya nümayəndələrini dəhlizdə, kənarda, fotoşəkil çəkdirərkən görəndə onlardan çəkinməsini qeyri-normal haldır”, - nazir bildirib.

Xatırladaq ki, ABŞ, Fransa və Böyük Britaniya öz uzaqmənzilli raketləri ilə Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə icazə verib.

Görüntüləri təqdim edirik:

Seçilən
31
4
qafqazinfo.az

5Mənbələr