Paytaxtın bir çox ərazilərində plana düşən həyət evlərində həyətyanı sahəyə görə ödəniş edilmir. Bu da öz növbəsində sakinlərlə tikinti işlərini aparan şirkət arasında narazılıq yaradır.
Avtosfer.az xəbər verir ki, bu barədə ARB telekanlında yayımlanan "Günə doğru" verilişində bildirilib.
Ev sahibləri qeyd ediblər ki, söküntü işlərini aparan şirkət evin daxildən ölçüsünü nəzərə alıb pulunu hesablasa da, həyətyanı sahə üçün ödəniş etməyib.
Mövzu ilə bağlı açıqlama verən daşınmaz əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, əgər həyətyanı sahə vətəndaşın xüsusi mülkiyyətindədirsə ona ya təzminat ya da yaşayış sahəsi verilməlidir:
"Əgər vətəndaşın evi ilə yanaşı həyətyanı sahəsi də sökülürsə, bu söküntü dövlət tərəfindən aparılırsa, həmin vaxt torpaq da, ev də bazar qiyməti ilə qiymətləndirilir və bazara uyğun olaraq kompesnsasiya ödənilir".
Bəzi hallarda isə həyətyanı sahə dövlət torpağı olur. Bu zaman ona görə vətəndaşa kompensasiya verilmir.
Ətraflı süjetdə: