AZ

"BOKT AzKredit ASC" işçi axtarır - VAKANSİYA

BOKT AzKredit ASC

Problemli kreditlər üzrə mütəxəssis

Son tarix 19 dek 2024 - [email protected]

İş yeri Bakı şəhərində BOKT “AzKredit ASC”-nin Baş ofisində olacaq.

 Əsas vəzifə və öhdəlikləri:

  • Bank işinə dair hesabatların, standart rəsmi sənədlərin, poçt göndərişlərinin, maliyyə məlumatlarının işlənməsi, hazırlanması;
  • Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin, iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin tərtib edilməsi;
  • Müştərilərlə borcların ödətdirilməsi istiqamətində müvafiq kommunikasiyaların aparılması.

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Ali təhsil,
  • Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət qurmaq bacarığı;
  • Kompüterdə (Outlook, MS Word) sərbəst işləmək;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
  • Təşkilatın missiyasına sadiqlik.

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini 19 dekabr 2024-cü il tarixinədək e-mail vasitəsilə təqdim etsinlər. 

E-məktubunuzun mövzu hissəsində “ Problemli kreditlər üzrə mütəxəssis” göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Seçilən
26
fed.az

1Mənbələr