AZ

"Xalq Həyat Sığorta" işçi axtarır - VAKANSİYA

Xalq Həyat Sığorta

Daxili audit xidmətinin aparıcı/böyük auditoru

Son tarix 19 dek 2024 - [email protected]

İş şəraiti:

  • İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
  • Yaş həddi: 24 – 40
  • Ünvan: Bakı şəhəri,Heydər Əliyev pr,164

Öhdəliklər:

  • Təsdiq olunmuş İllik Audit Planına əsasən audit, audit sonrası izləmə və xüsusi audit layihələri həyata keçirmək;
  • Audit layihəsi üçün İş Proqramını hazırlamaq;
  • Audit Layihəsi çərçivəsində müəyyən olunmuş audit prosedurları həyata keçirmək (biznes proseslərin sahibləri ilə müsahibələr keçirmək, audit obyektindən məlumatı toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə vaxtaşırı məlumat vermək; 
  • Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
  • Cəmiyyətin struktur bölmələrinin fəaliyyətinin normativ hüquqi aktlara və təsdiq edilmiş fəaliyyət planına uyğunluğunu yoxlamaq;
  • Yığım, ehtiyat, ödəniş və digər sığorta göstəricilərinin düzgünlüyünü təsdiqləmək üçün təhlillər aparmaq;
  • Mühasibat uçotunun aparılmasının və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;
  • Audit layihəsi üzrə yekun hesabatları hazırlayaraq, həmin hesabatların məzmununu cavabdeh rəhbərlər ilə müzakirə edilməsində iştirak etmək;
  • Audit zamanı aşkarlanmış nöqsan və çatışmazlıqların aradan qaldırılmasına məsul olan şəxslər göstərilməklə, tövsiyyələr vermək;
  • Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri tələb olunan müddət və keyfiyyətdə həyata keçirmək.

Tələblər:

  • Ali təhsil (mühasibat uçotu, maliyyə-kredit, audit, hüquq);
  • Daxili audit üzrə minimum 3 illik təcrübə (Sığorta sahəsində arzuolunandır);
  • Microsoft Office proqramlarında işləmə bacarığı;
  • Azərbaycan dili – sərbəst (Rus dili və ingilis dili arzuolunandır); 
  • Yerli və Beynəlxalq Mühasibat Ucotu Standartları (MUBS), Beynəlxalq audit standartları (BAS), sığorta, vergi qanunvericiliyi üzrə bilik və təcrübə;
  • Audit prosedurlarını həyata keçirmək üçün sığorta sektoru və biznes proseslər üzrə biliklərin olması;
  • Sığorta əməliyyatlarının bütün aspektləri ilə tanış olmaq;
  • Müstəqilliyini qorumaq qabiliyyəti;
  • Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
  • Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı; 
  • Daxili audit sahəsi üzrə ən son yeniliklərdən, eləcə də qabaqcıl təcrübələrdən xəbərdar olmaq;
  • CIA, CFE və ya sığorta sahəsində sertifikatların olması arzuolunandır.

Qeyd:Tələblərə uyğun namizədlər mövzu hissəsində vakansiyanın adını “Daxili audit xidmətinin aparıcı/böyük auditoru” qeyd edərək Cv-lərini elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Seçilən
40
fed.az

1Mənbələr