AZ

NATO-nun baş katibi alyans ölkələrini müdafiəyə daha çox pul xərcləməyə çağırıb

NATO-nun baş katibi Mark Rutte bildirib ki, alyans ölkələri ümumi daxili məhsulun (ÜDM) 2%-dən çoxunu müdafiəyə xərcləməlidir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“ÜDM-in 2%-nə çatmağımız yaxşıdır, lakin bu, açıq şəkildə kifayət deyil. Biz daha çox xərclədiyimizə əmin olmalıyıq”, – Rutte Brüsseldə Aİ müdafiə nazirlərinin görüşünə gələrkən deyib.

Rutte həmçinin müdafiə sənayesində səyləri artırmağa çağırıb. Onun sözlərinə görə, alyans “yaxın aylarda” müdafiə sənayesi kompleksini gücləndirmək üçün Aİ ilə sıx əməkdaşlıq edir.

Seçilən
28
nocomment.az

1Mənbələr