AZ

"Bank Respublika ASC" işçilər axtarır - VAKANSİYALAR

Bank Respublika ASC

Büdcə üzrə menecer

Son tarix 17 dek 2024 - Müraciət et

Təsvir

  • Bankın faktiki gəlirlərinin yoxlanması, büdcə ilə müqayisəsi və hesabatların hazırlanması;
  • Bankın maliyyə hədəflərinin, balans, mənfəət, zərərlər və nağd pulun hərəkəti proqnozlarının hazırlanması;
  • Strateji və əməliyyat planlarına uyğun olaraq Bankın illik büdcəsinin hazırlanması;
  • Büdcənin icrasına nəzarətin həyata keçirilməsi;
  • Büdcə modelinin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;
  • Mаliyyə аnаlizi məlumаtlаrının dəqiqliyinin təmini, оnlаrın nоrmаtiv və büdcə göstəricilərindən аyrılmаlаrının izаhı.

Tələblər

  • Ali təhsil (Maliyyə, Mühasibat Uçotu, İqtisadiyyat və ya müvafiq sahədə bakalavr dərəcəsi /Magistr dərəcəsi və ya CPA/CFA-ya üstünlük verilir);
  • Büdcələmə/planlama, maliyyə, təhlil, hesabatlılıq üzrə 3 il iş təcrübəsi;
  • Excel bacarıqları və maliyyə modelləşdirmə və təhlili ilə bağlı təcrübə;
  • Maliyyə uçotu, büdcə və hesabat prosesləri üzrə dərin biliklər;
  • Maliyyə proqramları və sistemləri ilə işləmə bacarığı;
  • MHBS və digər tənzimləyici tələbləri yaxşı başa düşmək;
  • Maliyyə sertifikatları (ACCA F2, F3, F5, F7) arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili və İngilis dili (əla səviyyədə);
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti.

Vakansiya haqqında

Son tarix Dekabr 16, 2024

Paylaşılıb Noyabr 19, 2024

Vakansiya növü Tam ştat

 

İqtisadçı

 Son tarix 16 dek 2024 - Müraciət et

Təsvir:

  • Maliyyə sektorunun və iqtisadi mühitin təhlili, qlobal iqtisadi faktorların maliyyə sektoruna təsirinin araşdırılması və bu istiqamətdə təkliflərin hazırlanması;
  • Maliyyə sektorunun inkişaf məsələləri ilə bağlı beynəlxalq təşkilatlar və yerli qurumlardan daxil olan məktub və sorğuların cavablandırılmasında iştirak; 
  • Müvafiq normativ metodoloji bazanın hazırlanmasında iştirak;
  • Şöbənin funksiyalarına aid müxtəlif hesabatların, təqdimatların hazırlanmasında iştirak.

Tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
  • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
  • Sertifikasiya : CFA, FRM və ya analoji sahədə digər peşəkar sertifikatlar üstünlükdür;
  • Dil bilikləri: Azərbaycan dili və İngilis dili (əla səviyyədə);
  • MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti.
Seçilən
42
fed.az

1Mənbələr