AZ

İcra başcısı "toqquşan maşın" sürdü - VİDEO

Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev şəhid övladları üçün tətil ərəfəsində təşkil etdiyi əyləncəli gündə "toqquşan maşın" sürüb.

News24.az-ın xəbərinə görə, A.Əliyevin bu addımı sosial şəbəkədə maraqla qarşılanıb.

A.Əliyev bildirib ki, düşmən qarşısında mərdliklə dayanıb, Vətənimizi, torpaqlarımızı azad edərkən şəhid olan igid oğullarımızın övladlarını öz balalarımız kimi sinəmizə çəkmək, onların qayğısına qalmaq hər bir azərbaycanlının borcudur.

Qeyd: Videonu bloqer Elçin Lənbəranski çəkib.

Seçilən
17
2
news24.az

3Mənbələr