Fast food şəbəkəsi "KFC" toyuq ətirli şam satışına başlayıb.
Sfera.az xəbər verir ki, bu barədə "Nation" məlumat yayıb.
"KFC", "Homesick Candle"s brendi ilə əməkdaşlıq edərək, öz imza səbətinin ətri olan şamlar buraxıb: qızardılmış toyuq, sarımsaq, bibər, həmçinin bal notlu "Buttery Biscuit" peçenyeləri. Kolleksiyada şamlardan başqa, qızardılmış toyuq qoxusu olan avtomobil ətri də var.
2022-ci ildə "KFC" şirkətin qurucusu polkovnik Sandersin təsviri olan qırmızı dəri çanta təqdim edilib. Məhsulu yaradarkən dizaynerlər 90-cı illərdə böyük moda evləri tərəfindən populyarlaşan dəbli çanta üslubundan ilham alıblar. Bildirilir ki, öz forması sayəsində aksesuar uzunsov sendviçləri yerləşdirəcək, xüsusi izolyasiya təbəqəsi isə rulonları isti saxlayacaq. Çanta 198 funt sterlinqə satılır. Bildirilir ki, satışdan əldə olunan gəlir Böyük Britaniyada gənc sahibkarlara və qeyri-kommersiya təşkilatlarına dəstək verən "KFC" Fonduna daxil olacaq.
İnci