AZ

Polşada hakim yarış iştirakçısını güllələyib - VİDEO

Polşada keçirilən yarışda hakim təsadüfən iştirakçını güllələyib.

Polşada İdman Atıcılığı Federasiyasının hakimi silahdan təhlükəsiz istifadə qaydalarını göstərərək yarış iştirakçılarından birini güllələyib.

Qaziler.az bildirir ki, bu barədə noyabrın 18-də Sport.pl məlumat yayıb.

Qəzetin yazdığına görə, noyabrın 17-də sosial şəbəkə istifadəçiləri arasında əlində silah olan hakimin təsadüfən yarış iştirakçısını vurduğu video ilə bağlı müzakirələr başlayıb. Aydınlaşdırılıb ki, hadisə Qodavidəki atıcılıq poliqonunda baş verib.

Polşa polisi aydınlaşdırıb ki, 68 yaşlı atıcı həqiqətən də idman atıcılığı üzrə ixtisaslı hakimdir. Bu hadisə ilə bağlı bilmədən ölüm təhlükəsi yaratma və ya sağlamlığa ağır zərərvurma faktı araşdırılır.

QAZİLER.AZ

Seçilən
26
qaziler.az

1Mənbələr