AZ

Xarici nümayəndə: Pakistana ən çox təsir edən ekstremal hava hadisələridir

COP29-da biz iqlim dəyişmələri ilə bağlı daha güclü mübarizə aparmaq, həmçinin nələr edə biləcəyimizi öyrənmək və fikirlərimizi irəli sürmək üçün iştirak edirik. Təkcə Pakistanda deyil, həm də planetin qalan hissəsində də davam edən bərabərsizlikləri yumşaltmağa kömək edə bilərik.

Bunu AZƏRTAC-a açıqlamasında COP29 çərçivəsində Pakistandan ölkəmizə gələn nümayəndə Ali Ahmad Şeikh deyib.

Onun sözlərinə görə, qeyri-müntəzəm hava dövranları həm yerli ekologiya və istehsala təsir edir, həm də Pakistan daxilində gəlir bərabərsizliyinin artmasına səbəb olur: “Pakistana ən çox təsir edən ekstremal hava hadisələri və müşahidə etdiyimiz hava şəraitinin dəyişməsidir. Bu iqlim hadisələrinə görə biz qeyri-müntəzəm məhsul istehsalı dövrlərini görürük”.

Seçilən
17
yeniazerbaycan.com

1Mənbələr