AZ

Saxta cərrahlardan danışan jurnalistin səhifəsi bloklandı

ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşovanın instaqram hesabı bloklanıb.   Manset.az xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində paylaşım edib. Qənirə Ataşovanın sözlərinə görə, Azərbaycan səhiyyəsindəki problemlərlə bağlı paylaşım etdiyi üçün onun hesabına hücum olub. O, paylaşımlarını müvəqqəti olaraq feysbukda edəcəyini bildirib.

Qeyd edək ki, Q. Ataşova bir müddət öncə öz instaqram hesabında 50-yə yaxın plastik cərrahın adını paylaşıb, onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham edib.

Seçilən
28
5
manset.az

5Mənbələr