AZ

Ərdoğan BMT TŞ-da islahatların aparılmasının zəruriliyindən danışıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əsas missiyasının - qlobal sabitliyin qorunmasının öhdəsindən gələ bilməyən bir struktur kimi BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyini bir daha bəyan edib.

Ucnoqta.az xəbər verir ki, Türkiyə liderinin sözlərinə görə, Ukrayna münaqişəsi BMT-nin dünyadakı böhranları həll edə bilməməsinin növbəti təzahürüdür.
“Əsas vəzifəsi qlobal sabitliyi qorumaq olan BMT Təhlükəsizlik Şurası yalnız beş daimi üzvün  maraqlarını üstün tutan elitist struktura çevrilib. Bunun heç bir ağlabatan izahı ola bilməz. Dünya beşdən çox dövlətdir”, - deyə Ərdoğan Braziliyada keçirilən “İyirmilər Qrupu” (G20) sammitində iştirakından sonra “TRT Haber” telekanalı tərəfindən yayımlanıb.

Ərdoğan 11 il əvvəl BMT-də islahatların aparılması təşəbbüsü ilə çıxış etdiyini xatırladıb. “Səmimiyyətlə inanıram ki, 11 il əvvəl çəkdiyimiz yol mütləq öz məqsədinə çatacaq”, - Türkiyə Prezidenti qeyd edib.

Seçilən
18
ucnoqta.az

1Mənbələr