AZ

COP 29-da su qıtlığının qarşısının alınması məqsədilə təkliflər VİDEO

"BMT hesab edir ki, inkişaf etməkdə olan ölkələrdə ölüm hallarının 80%-i su ilə bağlıdır"

Xezerxeber.az-ın xəbərinə görə, bu fikirləri Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edən amerikalı mütəxəssis David Kreamer jurnalistlərə açıqlamasında bildirib. O əlavə edib ki,  səth suları ilə müqayisədə yeraltı suların keyfiyyətinin ölçülməsinə ciddi ehtiyac var.

BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının nümayəndəsi Viorel Gutu isə bildirib ki, kənd yerlərində yaşayan, əsasən kənd təsərrüfatından asılı olan və iqlim dəyişikliyindən ən çox təsirlənən kiçik təsərrüfat sahiblərinə dəstək olmaq əsas prioritet istiqamətlərdəndir.

COP-29 da iştirak edən  Monqolustan parlamentinin üzvü isə bildirib ki,  ölkəsi hava çirklənməsi, iqlim dəyişiklikləri, səhralaşma, torpağın və otlaqların deqredasiyası kimi ciddi iqlim problemləri ilə üz-üzədir. Bu səbəbdən bu konfransda iştirak etməklə problemin həlli üçün inklüziv yolların tapılmasına dəstək olmağa çalışırlar.

Türkiyə Kənd Təsərrüfatı nazirinin köməkçisi Ahmet Bağcı isə öz növbəsində əlavə edib ki, iqlim dəyişikliyinin ən böyük nəticəsi özünü su ehtiyatlarının azalmasında göstərir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
19
xezerxeber.az

1Mənbələr