Ankara Ukrayna da daxil olmaqla, münaqişələrin həlli üçün ABŞ-nin yeni administrasiyasının konstruktiv addımlarına ümid edir.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Bu mövzu Rio de Janeyroda keçirilən G20 sammitindən sonra keçirilən mətbuat konfransında qaldırılıb. Ərdoğanın sözlərinə görə, Türkiyə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp administrasiyasının Qəzza zolağı və Ukraynadakı münaqişələrin həllinə kömək edəcək ağlabatan və konstruktiv addımlarına ümid edir.
Noyabrın 18-də Türkiyə prezidenti Ərdoğanın Rusiya ilə Ukrayna arasında münaqişəni “dondurmaq” planını təqdim etməyi planlaşdırdığı xəbəri yayılıb. Bloomberg-in məlumatına görə, o, Ukraynaya 10 il ərzində NATO-ya üzv olmaqdan imtina etməyi, Donbasda “beynəlxalq qoşunlar” yerləşdirməyi və Kiyevə silah tədarükünə zəmanət verməyi təklif etmək niyyətindədir. Kreml isə hərbi əməliyyatların “dondurulmasını” qəbuledilməz hesab etdiyini bildirib.
İnci