AZ

Kanada da Rusiyaya hücumu dəstəklədi

Kanada ABŞ Prezidenti Co Baydenin Ukraynaya Amerikanın uzaqmənzilli silahları ilə Rusiya ərazisinə zərbələr endirməsinə icazə vermək qərarını dəstəkləyib.

KONKRET.az xəbər verir ki, bu haqda ölkənin müdafiə naziri Bill Bleyr bildirib.

“Kanada Birləşmiş Ştatların Ukraynaya uzaqmənzilli raketlərdən istifadə etmək icazəsini dəstəkləyir”, -o, qeyd edib.

Xatırladaq ki, noyabrın 17-də ABŞ Prezidenti Co Bayden ilk dəfə Ukraynanın Birləşmiş Ştatların ATACMS uzaqmənzilli raketləri ilə Rusiyanın ərazisinə zərbələr endirməsinə icazə verib.//Qafqazinfo

Seçilən
21
5
konkret.az

8Mənbələr