AZ

Dələduzluq yolu ilə 1 420 000 manatı ələ keçirən şəxs hamısını kriptovalyutada “BATIRDI” – FOTO

Rusiyada dələduzluq yolu ilə 84 000 000 rublu (təxm. 1 420 000 man)  ələ keçirən şəxs hamısını kriptovalyutaya yatırıb və itirib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, 47 yaşlı Voronej sakini dələduzluq yolu ilə 51 yaşlı Mahaçqala sakininin 84 000 000 rublunu (təxm. 1 420 000 man)  ələ keçirib və kriptovalyutaya yatırıb.

Şübhəli şəxs Rusiyada ət məhsullarının tədarükü və satışı üzrə müştərək biznesin açılmasını təklif edib və ortağı bu biznesə göstərilən məbləğdə investisiya qoymağa razı salıb.

Son 4 ildə həmin şəxs müxtəlif hissələrə iri məbləğdə pul köçürmələri edirmiş. Lakin istintaqın müəyyən etdiyi kimi, vəsait biznesin inkişafına yox, saxta iş adamının cibinə gedib.

Saxlanılan şəxs bütün pulların kriptovalyutaya yatırıldığını, lakin investisiyaların tezliklə itirildiyini etiraf edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
28
interpress.az

1Mənbələr