AZ

Kanada da Rusiyaya hücumu dəstəklədi

Kanada ABŞ Prezidenti Co Baydenin Ukraynaya Amerikanın uzaqmənzilli silahları ilə Rusiya ərazisinə zərbələr endirməsinə icazə vermək qərarını dəstəkləyib.
 
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ölkənin müdafiə naziri Bill Bleyr bildirib.
 
“Kanada Birləşmiş Ştatların Ukraynaya uzaqmənzilli raketlərdən istifadə etmək icazəsini dəstəkləyir”, -o, qeyd edib.
 
Xatırladaq ki, noyabrın 17-də ABŞ Prezidenti Co Bayden ilk dəfə Ukraynanın Birləşmiş Ştatların ATACMS uzaqmənzilli raketləri ilə Rusiyanın ərazisinə zərbələr endirməsinə icazə verib.
Seçilən
9
5
moderator.az

8Mənbələr