Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Bryansk vilayətinə ATACMS raketləri ilə hücumunu təsdiqləməyib. \
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın “RBC Ukraine” nəşri məlumat yayıb.
“Bağışlayın, lazımsız təfərrüatlar yoxdur. Ukrayna uzun mənzilli imkanlara malikdir. İndi bizdə ATACMS var və biz bütün bunlardan istifadə edəcəyik”, - Zelenski Bryansk vilayətinə zərbələr endirmək üçün ATACMS-dən istifadə edilməsi ilə bağlı suala cavab olaraq deyib.
Xatırladaq ki, noyabrın 19-da Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Bryansk vilayətindəki obyektə altı ATACMS raketi ilə zərbə endirdiyini bildirib. Rusiya müdafiə qüvvələri beş döyüş sursatı vurub və birinə isə zədələyib.