AZ

Polşada döyüş sursatı istehsalına 750 milyon dollar ayrılacaq

Bakı. Trend:

Polşa hökuməti iriçaplı sursat istehsalının yaradılması üçüntəxminən 3 milyard zloti (təxminən 750 milyon dollar) ayrılmasıhaqqında qanun layihəsini təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə ölkənin müdafiə naziriVladislav Kosinyak-Kamış "X" sosial şəbəkəsində yazıb.

"Polşada iri çaplı sursat istehsalı bazasının genişləndirilməsireallığa çevrilir! Nazirlər Şurası Kapital İnvestisiya Fondunatəxminən 3 milyard zloti köçürən qanun layihəsini qəbul edib", -deyə o bildirib.

Qeyd edək ki, 2023-cü ilin yazında əvvəlki Polşa hökuməti MilliSursat Ehtiyat Proqramını qəbul etdi.

Seçilən
25
az.trend.az

1Mənbələr