Danimarka Ukraynaya 6 F-16 qırıcısı təhvil verib. Bundan sonra daha 13 təyyarənin tədarükü planlaşdırılır. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen deyib.“F-16 ilə bağlı planlarımız dəyişməyib. Ümumilikdə 6 təyyarə artıq təhvil verilib. Bu, birinci partiyadır. Sonra ikinci partiya göndəriləcək. Cəmi 19 təyyarənin verilməsini planlaşdırmışıq" - deyə o, Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.Danimarkanın baş naziri Kiyevə, birbaşa Ukraynanın müdafiə sənayesinə 130 milyon avrodan çox yeni hərbi yardım paketinin ayrıldığını da açıqlayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta