AZ

İsrail prezidentinə Türkiyə üzərindən Bakıya uçmasına icazə vermədik -

Türkiyə İsraillə diplomatik əlaqələri tamamilə dayandırıb. Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliyada keçirilən G20 Liderlər Zirvə toplantısından sonra mətbuata açıqlamasında belə deyib. O bildirib ki, İsrail Prezidenti İshaq Hersoqun Türkiyə hava məkanından istifadə edərək, Azərbaycana səfər etməsinə də icazə verilməyib:

“İsrail Prezidenti İshaq Hersoqun COP29-da iştirak etməsi ilə bağlı məsələdə də bizim hava məkanından istifadə etməsinə icazə vermədik. Başqa istiqamətlər var, başqa imkanlar var. Onlardan istifadə etməli olduğunu bildirdik. Elə də oldu. Amma getdimi-getmədimi onu da bilmirəm”.

Seçilən
10
1
metbuat.az

2Mənbələr