AZ

Rafael Nadal 1/4 final matçında məğlub olub

22 qat Böyük Dəbilqə qalibi ispan tennisçi Rafael Nadal 2024-cü ildə Devis Kubokunun təkbətək yarışında hollandiyalı Botik van de Zandşulpla 1/4 final mərhələsində uduzdu.

90deqiqe.Az-ın məlumatına görə, əfsanəvi ispan hollandiyalıya 4:6, 4:6 hesabı ilə uduzub.

İndi hər şey dünyanın üçüncü nömrəsi Karlos Alkarasın Tallon Qriksporla oynayacağı ikinci təkbətək görüşdə həll olunacaq.

İspaniya millisi uduzsa, van de Zandşulpla görüş Nadalın karyerasında sonuncu olacaq.

2024-cü ilin oktyabrında 38 yaşlı Rafael Nadal bu gün Malaqada (İspaniya) başlayacaq və noyabrın 24-də başa çatacaq 2024-cü il Devis Kubokunun final mərhələsində karyerasını başa vuracağını açıqlamışdı.

Seçilən
22
1
90deqiqe.az

2Mənbələr