Sloveniyada Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelenanın Lyublyana Universitetindəki çıxışı naməlum səbəblərdən ləğv edilib.
Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, Zelenskaya noyabrın 19-da ukraynalı tələbələrə köməklik göstərilməsi ilə bağlı fəaliyyətlərlə tanış olmaq üçün Lyublyana universitetinə səfər edib.
O, Siyasi Elmlər fakültəsində çıxış etməli idi. Lakin çıxış naməlum səbəblərdən ləğv edilib.
Müəllif: Arzu