AZ

Ukraynanın ətraf mühit naziri: Rusiyanın iqlimə vurduğu ziyan 32 milyard dollar təşkil edir

“Müharibə Ukraynanın 3 milyon hektardan çox meşəsini məhv edib. Bizdə hər gün meşə yanğınları olur, su və torpaq ehtiyatlarımız çirklənir”.

Bu barədə noyabrın 19-da Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svetlana Qrinçuk Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Ukrayna pavilyonunda keçirdiyi mətbuat konfransında bildirib.

“Qlobal iqlim hədəfinə nail olmaq istəyiriksə, Ukraynadakı vəziyyəti həll etməliyik”, o qeyd edib.

Nazir Ukaynada dəhşətli vəziyyətin, ekoloji fəlakətin qarşısını almağın, ekoloji təhlükəsizliyi təmin etməyin vacib olduğunu deyib. “Bu, Ukrayna deyil, həm də beynəlxalq ictimaiyyət üçün önəmlidir”, o qeyd edib. Svetlana Qrinçuk Rusiyanın apardığı müharibənin iqlimə təsirlərindən danışarkən deyib ki, ölkəsində hər gün meşə yanğınları olur, su və torpaq ehtiyatları çirklənir.

“Bu həm də əlavə emissiyaların yaranması deməkdir. Bu gün COP29-da karbon emissiyalarının azaldılmasını, yeni texnologiyaları, elektrik enerjisi olmayan Ukrayna dövlətini müzakirə etmək çox qəribədir. Cəmi iki gün əvvəl Rusiya bizim enerji infrastrukturumuza kütləvi şəkildə hücum etdi. Dünən Ukraynanın ən böyük şəhərlərindən olan Odessada elektrik enerjisi kəsilib, insanlar işıqsız qalıb. Burada olmaq və iqlim məsələsini, beynəlxalq ictimaiyyətin gələcəyini müzakirə etmək həqiqətən qəribədir”, nazir qeyd edib.

O əlavə edib ki, Rusiyanın işğalçı müharibəsi 180 milyon karbon emissiyasının yaranmasına səbəb olub.

“Müharibənin təkcə Ukraynada iqlimə vurduğu zərərin yalnlz maliyyə dəyəri 32 milyard dollar təşkil edir”, o qeyd edib.

Naziri Svetlana Qrinçuk Ukrayna ərazilərin minalardan təmizlənməsi və enerji infrastrukturunun bərpasında göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.

“Ukraynanın 139 min kvadrat kilometr ərazisi mina və partlamamış sursatlar, sursat qalıqları ilə çirklənib. Bu ərazilərin təmizlənməsi üçün on illərlə vaxt lazım olacaq”, nazir qeyd edib.

Seçilən
50
1
turan.az

2Mənbələr